Gündəm

Hafiz Hacıyev: “Şortik geyinənlərin qıçlarına… “

"Şortiklə imtahan vermək böyük əxlaqsızlıqdı".

Hafiz Hacıyev: “Şortik geyinənlərin qıçlarına… “backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şortik geyinənlərin qıçlarına kislata töküb yandırmaq lazımdı”.

7times.az bildirir ki, bunu HİT.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O, şortik geyinməyin Azərbaycan mentalitetinə uyğun bir hal olmadığını bildirib:

“Biz müsəlmanıq. Müsəlman dövlətlərində də belə hallar çox az hallarda olur. Qaldı ki, şortiklə imtahan verməyə. Bu, böyük əxlaqsızlıqdı. Görünür azərbaycanlı olmadıqlarınımı demək istəyirlər, yoxsa özlərini Avropadakılar kimi hesab edirlər?! Heç Avropada da belə bir şey yoxdur. Görünür kimdisə ailəsində o cür tərbiyə alıb. O ki qaldı deyirlər qadınlar şortikdə imtahan gedə bilər, onu deyənlər də qələt edir, başlarını daşa döyürlər. Qadınlar daha abırlı, ismətli olmalıdırlar. Azərbaycanı bu hala salmaqdan ötəri, milli qüruru, milli qeyrəti öldürməkdən ötrü çalışırlar ki ən pis ənənələri ölkəyə gətirsinlər, sırısınlar. Ona görə mən buna yaxşı baxmıram və zamanında da demişəm ki, şortik geyinənlərin qıçlarına kislata töküb yandırmaq lazımdı. Bu insanların da valideynləri gərək düşünsünlər ki, bu dərəcədə əxlaqsızlıq olmaz. Bunlar Azərbaycan əxlaqına nəyi aşılamaq istəyirlər? Nə demək istəyirlər?

Partiya sədri bu tip ənənələrin ölkəyə gətirilməsinə görə Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sədri Ramiz Mehdiyevi ittiham edib:

“Artıq ölkədə rusdilli məktəblərin inkişafı, digər vaxtilə FETÖ-yə aid məktəblərin Ramiz Mehdiyev tərəfindən açılması, təbliğatı, yayılması… Balıq başdan iylənir. Ona görə Ramiz Mehdiyev kimi Azərbaycanın aparıcısı, qurucusu, ideyavericisi olubsa, belə də olmalı idi. Yaxşı ki, bunlar hələ alt-paltarında gəzmirlər. Bu, tərbiyəsizlikdir. Ona görə də mən həmişə buna qarşı mübarizə aparmışam. Azərbaycan xalqının öz adət ənənələri var, o ənənələrə də hamımız riayət etməli, öz dinimizi, dilimizi qoruyub saxlamalıyıq”.