Ölkə

Hafiz Hacıyevin vəziyyəti ağırlaşdı: – “Bədənim deşik-deşikdir“

Hafiz Hacıyevin vəziyyəti ağırlaşdı: – “Bədənim deşik-deşikdir“backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhəti yenidən pisləşib.

Yenisabah.az siyasətçinin durumu ilə maraqlanmaq üçün onunla əlaqə saxlayıb. MMP sədri ürəyində problem olduğuna görə danışmağa çətinlik çəkdiyini bildirib:

“Xəstəyəm, danışa bilmirəm. Ancaq dərman qəbul edir, iynə vurdururam. Bədənim deşik-deşikdir. Koronavirus deyiləm. Lakin ürəyimdə problem var, nəfəs ala bilmirəm. Maraqlandığınız üçün təşəkkür edirəm”.

Qeyd edək ki, Hafiz Hacıyev bir müddət öncə koronavirusa yoluxmuşdu.