Ölkə

Hakim olmaq istəyənlər müsahibə verdi – SİYAHI

Hakim olmaq istəyənlər müsahibə verdi – SİYAHIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək ilkin tədris kursunu, o cümlədən məhkəmələrdə stajkeçməni uğurla başa vurmuş hakimliyə namizədlərlə Hakimlərin Seçki Komitəsi tərəfindən yekun müsahibələr keçirilib.

 

7Times.az  xəbər verir ki, yekun müsahibədə namizədlərin uzunmüddətli tədris kursunun proqramını mənimsəmə səviyyəsi, onların hüquq sahəsində nəzəri və praktiki biliklərini tətbiqi etmək bacarığı və ümumi dünyagörüşü, hakim işləmək üçün zəruri olan keyfiyyətlərə yiyələnməsi Komitə tərəfindən qiymətləndirilib, 27 hakimliyə namizəd yekun müsahibədə müvəffəqiyyət qazanıb, onların qiymətləndirilməsinin nəticələri və ixtisaslaşmaları barədə rəylər Məhkəmə-Hüquq Şurasına təqdim olunub.

 

Qanunvericiliyə uyğun olaraq 29.03.2024-cü il tarixdə Şura tərəfindən namizədlərlə söhbət və ixtisaslaşma aparılacaq.

 

Müsabiqədə uğur qazanmış hakimliyə namizədlərin siyahısı:

Soyadı, adı, atasının adı
1 Abbasova Ellara Həsən qızı
2 Abdullayev Coşqun Şamil oğlu
3 Abdullayev Fərman Firidun oğlu
4 Abdullayev Ziya Yaşar oğlu
5 Axundova Aynur Oqtay qızı
6 Cabbarlı Xatın Mahir qızı
7 Xəlil Ülkər Abdurahman qızı
8 İsmayılov Roman İsmayıl oğlu
9 Kərimov Arzuyar Sadıq oğlu
10 Kərimov Taleh Etibar oğlu
11 Kərimova Firuzə Şahin qızı
12 Qasımov Vüqar İnqilab oğlu
13 Quliyeva Rəşidə Paşa qızı
14 Mahmud Orxan Əlövsət oğlu
15 Mansırov Elçin Fəxrəddin oğlu
16 Mehdiyev Rahid Baxşəli oğlu
17 Məmmədli Samirə Məhəmməd qızı
18 Məmmədli Səkinəxanım Naib qızı
19 Miriyeva Həbibə Novruz qızı
20 Oruclu Aydan Adəm qızı
21 Rəsulova Mədinə Camal qızı
22 Seyidov Mirsadiq Mirsəttar oğlu
23 Tağıyeva Ruhiyə Nadim qızı
24 Vəliyev Osman Akif oğlu
25 Vəliyeva Ayşən Umud qızı
26 Vəliyeva Elnarə Fəxrəddin qızı
27 Zeynalov Yusif Səmədağa oğlu