Maqazin

“Halal pulumuzu alın tərimizlə qazanırıq” – Aygün Kazımova

“Halal pulumuzu alın tərimizlə qazanırıq” – Aygün Kazımovabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Aygün Kazımova “Söz baz” verilişində açıqlaması ilə diqqət çəkib.

Aygün Kazımova formada qalmasından danışıb:

“Arada kökəlirəm, arıqlayıram, fikir verməyin. Axı, mən də insanam, mənim də iştahım var. Ürəyimizi nə qədər gözəl tutsaq, həyatımız o qədər gözəl olacaq”.

Xalq artisti heç kimdən dəstək gözləmədiyini də etiraf edib: “Köməyə ehtiyacımız olanda Allahım kömək edir. Hər bir pis vəziyyətdən çıxarır. Ona görə heç bir bəndəyə ehtiyacımız yoxdur. Halal pulumuzu alın tərimizlə qazanırıq. Bizim çörəyimiz halaldır”.

Aygün Kazımova sevgidən də danışıb: “Sevgi yeganə bir hissdir ki, onu gizlətmək mümkün deyil. O hisslə artistlik etmək olmur”./teleqraf