7Times.az Metbuat.az-a istinadən xəbər verir ki, Himba qəbiləsindən olan qadınlar hamilə qalmaq üçün müqəddəs hesab etdikləri ağacın altında əyləşərək, musiqi ifa edirlər. İnanca görə, bu ayin uşaq sahibi olmaq istəyən qadınlara şans gətirir. Ayinə görə, qadının ifa etdiyi musiqini eşidənlər onu daha sonra uşağın atası olmağa namizəd kişi və digər qəbilə üzvləri ilə paylaşır. Bu musiqinin yayıldığı gün isə doğulacaq uşağın ad günü kimi qəbul edilir.
Qadının ifa etdiyi musiqi uşaq üçün xüsusiləşir. Uşaq bu musiqi ilə dünyaya gəlir, uğurları bu musiqi ilə qeyd edilir və digər hallarda onun üçün bu musiqi ifa edilir.