Sağlamlıq

Hansı qidalar qarın yağını əridir?

Hansı qidalar qarın yağını əridir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bədənin ən inadkar əriyən yağının yerləşdiyi qarın nahiyəsi bir çox insanın ortaq problemlərindən biridir. Müntəzəm idmanla yanaşı, pəhriz də qarın yağlarının itirilməsində çox mühüm rol oynayır. Bu nöqtədə mütəxəssislər lif və sağlam yağlarla zəngin qidalardan istifadə etməyi məsləhət görürlər.

Bəs hansı qidalar qarın yağını əridir? 

7Times.az  xəbər verir ki, çia toxumları omeqa-3 yağ turşuları, lif və proteinlə zəngindir. Bu birləşmələr yağ yandırılmasını dəstəkləyir. 2016-cı ildə aparılan bir araşdırma, çia toxumlarının qarın yağını azaldır və həzm sistemini tənzimlədiyini ortaya çıxardıb.

Gündə 1-2 qaşıq çia toxumu istehlak etməyin kifayət olduğu düşünülür.

Zeytun yağında oleik turşusu adlanan sağlam bir doymamış yağ var. Bu yağ da qarın nahiyəsində yağların əriməsini dəstəkləyir.

Eyni zamanda, yüksək protein qəbulu həm əzələlərin qurulmasına, həm də yağların itirilməsinə kömək edir. Protein toxluq hissini artırır və maddələr mübadiləsini sürətləndirir. 2005-ci ildə aparılan bir araşdırma, yüksək proteinli bir pəhrizin bədən yağını, xüsusən də qarın bölgəsindəki yağları əhəmiyyətli dərəcədə azaltdığını göstərib. Zülal insulin səviyyəsini tarazlaşdırdığı üçün yağ yığılmasının qarşısı alınır.

Bundan başqa avokado da sağlam yağları (tək doymamış yağlar) ehtiva edir və həmçinin liflə zəngindir. O, həmçinin qan şəkərini balanslaşdırmağa kömək edir. 2015-ci ildə aparılan bir araşdırma, avokadoların qarın yağını azaldır, insulin müqavimətini yaxşılaşdırdığını və dolğunluq hissini artırdığını aşkar edib.

Lif həzm sistemini tənzimləyir və uzun müddət tox qalmağınıza kömək edir. Bundan əlavə, bağırsaqların sağlamlığını yaxşılaşdırır və yağ yığılmasını azaldır. Alimlər yüksək lifli pəhrizlərin qarın piyini (qarın nahiyəsində piy) azaltmaqda təsirli olduğunu təklif edirlər. Lifli qidalar həzmi yavaşlatmaqla insulin səviyyələrini tarazlaşdırmağa kömək edir.

Bildirək ki, darçın da insulin səviyyəsini tarazlayaraq, yağ yığılmasının qarşısını alır və bədəndəki iltihabı azalda bilər. Həm də maddələr mübadiləsini sürətləndirir və yağların yandırılmasını artırır.

Zəncəfil termojenik xüsusiyyətlərə malikdir və maddələr mübadiləsini sürətləndirməyə və yağ yanmasını artırmağa kömək edə bilər. Həzm sisteminə də müsbət təsir göstərir.

Bununla belə, müxtəlif sağlamlıq risklərindən qaçmaq üçün bu qidaları müntəzəm olaraq istehlak etməzdən əvvəl bir mütəxəssislə məsləhətləşmək hələ də faydalıdır.

News24.az