Koronavirus pandemiyası əleyhinə effektiv olan vaksinlərdən necə istifadə etməliyik?
7times.az xəbər verir ki, bu barədə Yoluxucu Xəstəliklər Mütəxəssisi Elif Hakkoya məlumat verib.
Mütəxəssisin sözlərinə görə, “CoronaVac”-ın 2 dozası vurulandan sonra 3-cü doza kimi “Pfizer” peyvəndi vurula bilər. Ancaq bəzi şərtlər var:
“2 doza “CoronaVac” qəbul edənlər üçüncü doza olaraq “Pfizer” peyvəndi vurdura bilər. Lakin bu peyvənddən istifadə edənlər “Pfizer” vaksini qəbul etmək üçün 1 ay gözləməlidir”.
E.Hakkoya onu da bildirdi ki, “COVID-19” əleyhinə 2 doza “Pfizer” vaksini qəbul edənlərin üçüncü dozaya ehtiyacı yoxdur. Unikal.org
Follow @7timesaz