Ölkə

Hava şəraiti ilə bağlı AÇIQLAMA

Hava şəraiti ilə bağlı AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu ilin avqust ayı hava sürprizləri ilə bol oldu”.

7times.az-ın xəbərinə görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

O, deyib ki, bunlardan biri də Şahdağda yağan qar nəticəsində 11 sm hündürlükdə qar örtüyünün yaranmasıdır: “Burada müşahidələr 2009-cu ildən aparılır və belə bir hadisə ilk dəfədir ki, qeydə alınır. Ötən illərdə avqustun sonunda yalnız sulu qar müşahidə olunmuşdu. Bir gecə ərzində respublikanın bir sıra rayonlarında düşən yağıntının miqdarı adətən, ay ərzində düşən yağıntının miqdarına bərabər olub. Bəzi rayonlarda, xüsusən Böyük Qafqazın ayrı-ayrı ərazilərində, bəzi Aran rayonlarında, hətta paytaxt Bakıya düşən yağıntının miqdarı aylıq normadan çox olub. Güclü külək respublikanın əsasən Kür vadisi rayonlarında qeydə alınıb. Abşeron yarımadasında küləyin maksimal sürəti saniyədə 31 metrə, Xəzərə dalğanın hündürlüyü isə 5,3 metrə qədər çatdı”.

U.Tağıyeva qeyd edib ki, bu gün gün ərzində yağıntılı hava şəraiti respublikanın rayonlarında fasilələrlə davam edəcək: “Yağıntıların kəsilməsi avqustun 24-ü səhər saatlarından gözlənilir”.