Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən həbs edilən sabiq icra başçılarının əvvəllər hansı peşə ilə məşğul olduqları maraq doğurur.
İnternet resurslarında araşdırma apardıqda məlum olur ki, bu gün saxlanıldığı deyilən Alimpaşa Məmmədov vergi orqanlarında işə düzəlməzdən əvvəl toylarda tamada kimi fəaliyyət göstərib.
7times.az xəbər verir k, həbs olunan Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyev isə bir zamanlar Bakı şəhərində yerləşən məşhur “Sahil» restoranında ofisiant işləyib.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunan Neftçala İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev uzun illər “Qara bazarda” dollar alverçisi kimi tanınıb.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılanılarkən evindən milyonlar çıxan İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev Bakı Hava Limanında kassir işləyib. Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev zootexnik kimi fəaliyyət göstərib.
Həbs olunan Yevlax rayon icra hakimiyyətinin sabiq başçısı Qoca Səmədov Yevlax rayonunda tədarükçü kimi fəaliyyət göstərib./Azpolitika.info
Follow @7timesaz