Müsahibə

Həbsdəki qadınların qətl törətmək səbəbləri: Döyülüb-söyülmək, qumar… – Psixoloq

Həbsdəki qadınların qətl törətmək səbəbləri: Döyülüb-söyülmək, qumar… – Psixoloqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bir qadın döyülüb, təhqir olunur və xəyanət görürsə də, ərini öldürməyə haqqı yoxdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında psixoloq Gülnar Orucova xəyanət görən qadınların qətl törətməsinin səbəblərini açıqlayarkən deyib.
Psixoloqun fikirincə, iki insan bir evdə yola gedə bilmirsə, ayrılmalıdır:
“Son vaxtlar cinayətlərin sayının artıdığını görürük. Əvvəllər qadınların üzərində daha çox kişilərin aqresiyasını hiss edirdik. İndi isə qadınların aqresiyasını kişilərin üzərinədə hiss edirik. Ailələr qarşılıqlı sevgi əsasında qurulmalıdır. Bəziləri deyir ki, məntiq evliliyi lazımdır. Məntiq evliliyi pula, var-dövlətə satılıb özünü qarantiyə almaqdır. Məntiq evliliyi olan ailələrdə boşanmalar, xəyanətlər daha çox olur. Bir vaxtdan sonra  xanımlar cinsi təlabatı ödənmədiyi üçün xəyanət edəcəyi bir yola girir”.
“Qadını qatil edəcək səbəblər nədir” sualına cavab olaraq psixoloq qeyd edib ki, qadınlar nəzarətçi və qısqancdırlar:

“Qısqanclıqları bəzən hədis, yersiz yerə olur, kişiləri etmədiyi işlərə görə günahlandırırlar. Həddən artıq tələblər qoyurlar. Bu gün qadınların hegomonluğunu izləyirik. Bəzi ailələr var ki, qadın döyülür, təhqir olunur, uşaqlarının gözü önündə alçaldılır. Qadın xəyanət görür və ona dözməyərək qətl hadisəsi törədə bilir. Qadının beyin sistemində bağışlamaq yoxdur. Qadın ailədə ona qarşı edilən xəyanəti bağışlasa da, onu unutmur. Kim-nifrət içində yığılır, aqresiya dönüşür. Belə anda qadın hər an qətl törədə bilər”.
Gülnar Orucova hər bir insanın vəziyyətə görə qatil ola biləcəyini vurğulayıb:
“Əgər bir qadın qətl hadisəsi törədirsə və media onu gündəmə çevirib yayırsa, avtomatik olaraq bütün qadınların beyinində bu fikir förmalaşır – mən də qətl törədə bilərəm. Belə hadisələri yaymaq lazım deyil. Biz həbsxanalarda olanda nəyi gördük? Qadın deyir ki, həyat yoldaşım hər gün məni döyüb, təhiqr edirdi, bezdim, cinayət törətdim. Yaxud da qadın deyir ki, həyat yoldaşım məni qumarda uduzdu, mən də onu öldürdüm. Bəzən kişinin böyük səhvləri olur, qadın çıxış yolunu onu öldürməkdə görür”.