Aktual

“Heç kimin lovğalana bilməyəcəyi vasitələrimiz var, lazım gələrsə onlardan istifadə edəcəyik…”

“Heç kimin lovğalana bilməyəcəyi vasitələrimiz var, lazım gələrsə onlardan istifadə edəcəyik…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putin Ukraynadakı vəziyyətə müdaxilə edənləri “heç kimin lovğalana bilməyəcəyi” cavab verəcəyi ilə təhdid edib

Rusiya prezidenti Vladimir  Putin Qərb dövlətlərinə Ukraynadakı vəziyyətə müdaxiləyə görə “ildırımsürətli cavab” vəd edib. Onun sözlərinə görə, rusiyalı “zabitlər qəhrəmancasına öz borcunu yerinə yetirir və bütün vəzifələr, heç şübhəsiz, həll ediləcək”.
7Times.az Moderator.az-a istinadən  xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Peterburqda qanunvericilər Şurasının üzvləri ilə görüşündə söyləyib.
“Əgər kimsə baş verən hadisələrə kənardan müdaxilə etməyə cəhd edərsə və Rusiya üçün strateji xarakterli təhlükə törədərsə, qarşılıqlı zərbələrə cavabımız ildırımsürətli və tez olacaq. Bizim heç kimin lovğalana bilməyəcəyi vasitələrimiz var. Amma biz onlarla lovğalanmırıq, biz onlardan lazım gələrsə istifadə edəcəyik”, – Putin deyib.
Putinin fikrinə görə, Rusiyanın “opponentlərinə” dünyada Rusiya kimi böyük dövlət lazım deyil və Qərb üçün yeni geosiyasi silah rusofoblar və neonasistlər olub. “Qərb məhz onlara bel bağlayıb”, – o, bəyan edib. Onun sözlərinə görə, bu zaman Ukrayna Rusiya ilə mübarizədə “istehlak materialı” olub.
Ölkədəki iqtisadi vəziyyətdən danışarkən, Putin məlumat verib ki, Rusiya sanksiyaların zərbəsi altında tab gətirib və dağılmayıb, onlara biznesə daha açıq olmaqla cavab verəcək.
“Biz kobud, bəzən yöndəmsiz məhdudiyyətlərə, bütün sivil hüquqların və müqavilələrin dağılmasına, bizi təcrid etmək cəhdlərinə sahibkarlığın daha çox sərbəstliyi ilə, səmimi tərəfdaşlıqla, mülkiyyətçilərin və vicdanlı investorların etibarlı müdafiəsi ilə cavab verəcəyik”, – Putin deyib.

 

  •