Ölkə

Həftənin ilk gününün HAVA PROQNOZU

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Həftənin ilk gününün HAVA PROQNOZUbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 7times.az-a verilən xəbərə görə, oktyabrın 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi əsəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz  22-25, Bakıda gecə 16-18, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer  təzyiqi norma daxilində 761mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz  40-45 faiz olacaq.

Oktyabrın 19-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,  lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, gecə və səhər bəzi yerlərdə  duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu  gecə 12-17, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz  15-20 dərəcə  isti olacaq.