Maraqlı

Həkim məsləhəti olmadan istifadə etməyin – Faydası haqqında məlumat

Həkim məsləhəti olmadan istifadə etməyin – Faydası haqqında məlumatbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quşəppəyi faydalı dərman bitkisidir. Onun gövdəsindəki yerüstü yarpaqları oturaq, yuxarı gövdəsindəki yarpaqları isə saplaqlı olaraq rozet formalıdır. Quşəppəyinin xırda ağrəngli çiçəkləri salxımvaridir. Meyvələri buynuzcuqlu olub, üçbucaq şəkillidir. Tərəvəz bitkiləri becərilərkən bəzən mədəni bitkilərin toxumu ilə qarışıq bitmiş quşəppəyi bitkisini, alaq otu bilərək məhv edirlər.

Dərman bitkiləri kateqoriyasına daxil olan bu bitkinin faydaları çoxdur.

7Times.az  bu faydaları təqdim edir:

  1. Orqanizmdə yaranan iltihabi xəstəliklərə qarşı çox faydalıdır. İltihab əleyhinə xüsusiyyətlərə malik olan bu bitki həm də orqanizmi təmizləyir.
  2. Tərkibindəki saponin və peptid sayəsində qanın laxtalanmasını artırır. Qanaxmalar zamanı, xüsusilə də burun qanaxmasının dayandırılmasında çox faydalıdır.
  3. Bağırsağın iş mexanizmini tənzimləyən bu bitki qəbizliyin qarşısını alır və həzm sisteminin işini tənzimləyir. Bağırsaq sancılarını aradan qaldırır.
  4. Qadınlarda menstrual qanaxmaların qarşısını almaq üçün tətbiq olunur. Menstruasiya öncəsi stresi azaltmağa kömək edir.
  5. Düzənsiz menstrual qanaxmaların nizamlanmasında da təsirlidir.
  6. Arterial təzyiqi tənzimləyən quşəppəyi ürək üçün də faydalıdır.
  7. Quşəppəyi ağız boşluğu xəstəliklərində, diş ağrılarında və ağız yaralarında yarasağaldıcı təsirinə görə istifadə olunur.
  8. Böyrək və qaraciyərin funksional vəziyyətini tənzimləyir.
  9. Bağırsaq çatları və babasil zamanı faydalıdır.
  10. Tərkibi kalsiumla zəngin olduğuna görə sümük sağlamlığı üçün faydalıdır.

Qeyd edək ki, bu bitkinin həkim məsləhəti olmadan istifadəsi sağlamlıq problemlərinə səbəb ola bilər.

Saglamolun.Az