Sağlamlıq

Hər evdə olan bu 2 dərman ölümə səbəb ola bilər

Hər evdə olan bu 2 dərman ölümə səbəb ola bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Korvalol və valokordin post-sovet məkanında ən tez-tez istifadə olunan sakitləşdirici dərmanlardır.

Həyacan, stress, ürəkdə ağrı və narahatçılıq, təzyiqin yüksəlməsi zamanı bir çoxlarımız, xüsusilə də yaşlı nəsil,  bu dərmanlardan istifadə edirik. Lakin bu dərmanların özbaşına nəzarətsiz qəbulu çox ziyanlıdır və bir çox ciddi pozulmalara, hətta ölümə səbəb ola bilər. Avropa və Amerikada bu preparatların istifadəsinə çoxdandır ki qadağa qoyulub. Bəs bu “ziyansız” hesab etdiyimiz damcılar nə üçün bu dərəcədə təhlükəlidir?

İlk növbədə onların tərkibinə nəzər salaq. Saglamolun.az bildirir ki, bu 2 dərmanın tərkibi demək olar eynidir. Onların tərkibində olan əsas təsiredici maddə fenobarbitaldır. Bu güclü psixotrop maddədir. Əvvəllər fenobarbital epilepsiya xəstələrinin müalicəsində istifadə olunurdu. Fenobarbital beyinin bütün funksiyalarını ləngidir. Bu həmçinin həyati vacib funksiyalara (nəfəsalma funksiyası, ürəyin fəaliyyəti) da aiddir və bu da olduqca təhlükəlidir ki, dozanın artırılması və ya preparatın nəzarətsiz uzun müddət ərzində qəbulu nəticəsində insanda hətta ürəyin dayanması mümkündür. Bu xüsusilə yaşlı insanlara aiddir və həkimlər hər il belə hadisələri qeyd edir.

Fenobarbitalın orqanizmdən tam xaric olunması müddəti 4 günə qədər çəkir və nəticədə bu maddə orqanizmdə toplana bilir. Bu isə maddənin orqanizmə olan  ziyanlı təsirini daha da artırır. Həmçinin fenobarbital alışqanlıq yaradır ki, insan onsuz qala bilmir.

Karvalol və valokordin insanın beyninə güclü tormozlayıcı təsir edir. Bunun nəticəsində insanda diqqətsizlik, yaddaşın pozulması, təzyiqin kəskin enməsi, baş gicəllənməsi mümkündür.

Bütün bunları nəzərə alaraq mütəxəssislər bu 2 preparatdan yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə etməyi tövsiyə edirlər.