Sağlamlıq

Hər gün 10 min addım, 2 l su, səhər yeməyi… Sağlamlıqla bağlı MİFlər

Hər gün 10 min addım, 2 l su, səhər yeməyi… Sağlamlıqla bağlı MİFlərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnsanlar arasında sağlam həyat tərzinin müəyyən qəbul olunmuş qaydaları var. Bu qaydalardan biri “10 min addım” qaydasıdır. Yəni sağlam olmaq üçün insan gün ərzində 10 min addım atmalıdır.

Tanınmış rusiyalı həkim Aleksandr Myasnikov «О самом главном» verlişində bildirib ki, əslində bu mifdir. İnsan istənilən fiziki aktivliklə məşğul ola bilər. Əsas odur ki, fiziki aktivlik insanın həyatında hər gün olsun. Həmçinin həkim bildirib ki, çox güclü fiziki yükləmələr sağlamlığa yalnız ziyan vurur.

İnsanlar arasında yayılmış digər sağlamlıq qaydası hər gün 2 l su içilməsininin vaciblidiyir. Lakin bu da Myasnikovun sözlərinə görə, mifdir. Həkim etiraf edib ki, özü az su içir. Saglamolun.az bildirir ki, Myasnikovun sözlərinə görə, insan istədiyi qədər su içməlidir: yəni istəyirsənsə iç, istəmirsənsə zorla içmə.

 

Həkim səhər yeməyinin vacib olduğunu qeyd etsə də, səhərlər sıyıqların ən yaxşı yemək kimi təqdim edilməsini də mif hesab edir.