Cəmiyyət

Hər yerdə və hər kəsə vurmaq olmaz: Rusiyanın COVID-19 vaksininin yan təsirləri

Rusiyanın "Sputnik-V" peyvəndinin istifadəsinə dair təlimat yayılıb.

Hər yerdə və hər kəsə vurmaq olmaz: Rusiyanın COVID-19 vaksininin yan təsirləribackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Sputnik-V” peyvəndinin istifadəsinə dair təlimat yayılıb. Vaksinin yararlılıq müddəti yarım ildir. Dozanın aşılması riski – həddən artıq az göstərilir

7times.az RİA Novosti-yə istinadən bildirir ki, təlimatda qeyd olunduğuna görə, peyvənddən istifadədən öncə xəstə həkim müayinəsindən keçməli, o cümlədən onun temperaturu ölçülməlidir. Bundan sonra həmin şəxs daha yarım saat müddətində həkim nəzarətində qalmalıdır.

Əgər vaksinin hər-hansı komponentinə qarşı hiper həssaslıq, anamnezdə ağır allergik reaksiyalar, kəskin infeksion və qeyri-infeksion xəstəliklər varsa, o zaman bu peyvənd hamilələrə və əmizdirən analara vurulmur.

Kəskin infeksion və qeyri-infeksion xəstəlikləri keçirmiş adamlara peyvənd onlar sağaldıqdan və ya remissiyadan 2-4 həftə sonra vurmaq olar. Ağır olmayan kəskin respirator virus infeksiyası (KRVİ) və kəskin mədə-bağırsaq infeksiyaları zamanı peyvəndi yalnız bədən hərarəti normallaşandan sonra vurmaq olar.

Aşağıdakı hallarda vaksini ehtiyatla tətbiq etmək lazımdır:

–       Qaraciyər və böyrəyin xroniki xəstəliklərində

–       Endokrin sisteminin funksiyalarının aşkar pozulması zamanı (şəkərli diabet)

–       Qanyaratma sisteminin ağır xəstəliklərində

–       Epilepsiya, insult və mərkəzi sinir sisteminin digər xəstəliklərində

–       Ürək-damar xəstəliklərində

–       Birincili və ikincili immun çatışmazlığı zamanı

–       Autoimmun xəstəliklərində

–       Ağciyər xəstəliklərində, astmada, eləcə də diabet və metabolik sindromu olanlarda, allergik reaksiya və ekzemalarda.

Vaksinin yan təsirləri kimi titrətmə, hərarətin yüksəlməsi, başağrısı və ümumi halsızlıq göstərilir. Nadir hallarda ürəkbulanma, dispepsiya, iştahın azalması, bəzən limfa düyünlərinin genişlənməsi göstərilir.

Peyvəndi şokəleyhinə terapiya vasitələri ilə təchiz olunmuş yerlərdə vurmaq lazımdır. Preparat üçün spesifik antidot yoxdur.

Sputnik Azərbaycan