Cəmiyyət

Hərbçilərə şad xəbər – YENİ QANUN LAYİHƏSİ

Hərbçilərə şad xəbər – YENİ QANUN LAYİHƏSİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hər il növbəti məzuniyyətə çıxarkən, onlara əlavə olaraq 2 aylıq vəzifə maaşı məbləğində müavinət verilməsi təklif olunur.

7times.az xəbər verir ki, bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsinin ilkin variantında əksini tapıb.

Eyni zamanda hərbi qulluqçuların ailə üzvləri və himayəsində olan şəxslərlə birlikdə respublika ərazisində növbəti məzuniyyət keçirdikləri yerə gedib-gəlmək üçün çəkdikləri nəqliyyat xərcləri təsdiqedici sənədlər (taksidən başqa) əsasında onlara ödəniləcək.

Qüvvədə olan qanuna əsasən, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hər il növbəti məzuniyyətə çıxarkən onlara əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatı verilir./APA