Ölkə

Hesablama Palatası I yarımildə 69,5 milyon manat artıq xərcləmə müəyyən edib

Hesablama Palatası I yarımildə 69,5 milyon manat artıq xərcləmə müəyyən edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin I yarısında Hesablama Palatası həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində 69,5 milyon manat artıq xərcləmə müəyyən edib.

Bunu “7Times.az ”a açıqlamasında Palatanın sədri Vüqar Gülməmmədov bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun kollegiyası həmin vəsaitin 22,9 milyon manatının dövlət büdcəsinə bərpa edilməsi ilə bağlı qərar qəbul edib.

“Bundan başqa, cinayət əməlinin olduğu ehtimal edilən 23 milyon manatdan yuxarı rəqəmlə bağlı məlumatlar hüquq-mühafizə orqanlarına təqdim edilib. Təqribən 23 milyon manatdan çox xərclərin isə dayandırılması ilə bağlı qərar qəbul edilib. Bu xərclərin bərpası ilə bağlı qərar verilməməsi daha çox əhaliyə ödənilən sosial xarakterli ödənişlərlə bağlı olmasına görədir”, – deyə V.Gülməmmədov qeyd edib.

“6 aylıq fəaliyyətimizə dair təqdim etdiyimiz məlumatlarda nəzarət tədbirlərinin nəticələri üzrə 9 istiqamətdən ibarət əsas riskli məqamları təqdim etmişik. Hesablama Palatasının müvafiq sənədində riskli məqamlar kimi bəzi qurumlarda daxili idarəetmə, işlərin təşkilinə dair qərarların vaxtında verilməməsi nəticəsində vəsaitlərin icrasının gecikməsi, bəzi sahələr üzrə əsas performans göstəricilərinin müəyyən edilməməsinin vəsaitlə nəticə arasında əlaqənin ölçülməsində çətinliklər yaratması, bəzi publik hüquqi şəxslər üzrə maliyyə hesabatlılığının çərçivəsinə əməl edilməməsi, dövlət qurumlarının maliyyə uçotunun rəqəmsal həllərlə tam dəstəklənməməsi, dövlət sektoru üzrə ştat sayının optimallaşdırılmasına ehtiyac duyulması və s. qeyd edilib”, – deyə sədr əlavə edib.