Ölkə

“Hətta xristianlara, yəhudilərə də hicab vacibdir” – Elşən Xəzər

“Hətta xristianlara, yəhudilərə də hicab vacibdir” – Elşən Xəzərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü etirazlara səbəb olub, qadınlar sərt geyim qaydalarına və onu tətbiq edənlərə qarşı müqavimət əlaməti kimi hicablarını yandırırlar.Qadınlar Qəşti İrşad (İrşad patrulları) İslam əxlaqına və düzgün geyim qaydalarına nəzarət edən xüsusi polislərə etiraz edirlər.
Mövzu ilə əlaqəli Yenisabah.az-a danışan tanınmış qəzəlxan, qiraət ustası Elşən Xəzər iman gətirənlər üçün hicabın vacib olduğunu bildirib:
“O vaxt Rus imperiyası Azərbaycana gələndə də belə hal yaşanmışdı. Cəlil Məmmədquluzadə demişdi ki, “Azərbaycan qadını çadranı atanda müasirləşirik deyə sevincimdən papağımı göyə tulladım, o gün bu gündür ki, papağımı tapa bilmirəm”. Bu sözlər elə hazırkı durumun cavabıdır.
Mən İranda yaşamıram, ona görə bu proseslərin sonunun necə olacağı ilə bağlı proqnoz verə bilmərəm, amma məsələyə hansı pəncərədən baxırsan, bax, hicab islami bir əmr, qanundur. Söhbət hicab taxmayanlardan yox, taxanlardan gedir. Hər kim bu dinlə yaşayırsa, onun boynunda hicab vacibdir. Kimsə bu dinlə yaşamırsa, Allah yoxdur, din yoxdur, cənnət, cəhənnəm yoxdur deyirsə, qarşı çıxırsa, bu Allaha qarşı çıxmaq deməkdir. Hətta xristianlara, yəhudilərə də hicab vacibdir, onların kilsələrində çalışanlar da hamısı hicabdadırlar, bu ilahi bir əmrdir”.

Onun sözlərinə görə, İslamın ruhunda və mahiyyətində məcburiyyət yoxdur. Din iradə və ixtiyarı əsas tutur:
“Yenə də hər kəs özü bilər, İslamda zor tətbiq etmək yoxdur. Lakin ilahi əmr budur.
Bir insan heç bir dini qəbul etmirsə, özü-öz düşüncəsi ilə yaşayırsa, onu təbiətin yaratdığını düşünürsə, o insana hicab təbii ki, vacib deyil. O, heç  hicab anlayışını bilmir. Kim ki, dinə qədəm qoyur və yaradılışının səbəbinin Allah olduğunu bilirsə, iman gətirirsə, ona hicab vacibdir və sonradan həmin şəxs bu dindən çıxırsa, o insanlar mürtəd adlanır.
Amma bir daha deyirəm, İslamda heç bir məcburiyyət yoxdur. Heç kim kiminsə başını zorən bağlaya bilməz. Burada bir məsələ var, bir dövlət İslam dövlətidirsə, orada qadınlara hicab bağlamaq vacibdir. Onlar gərəkdir ki, həmin dövlətin qanunlarına itaət edələr. Məsələn, bizdə məscidə getdikdə hətta hicab taxmayan qadınlar da başlarını bağlayıb, sonra içəri daxil olurlar. Bu məscidin qanunlarına ehtiramdır. Əgər bir dövlət İslam dövlətidirsə, qanun Qurandırsa, onlar istisnadır, onlar qaydalara tabe olmalıdırlar. Çünki hökumətin qanunu budur. Hər kim ki, bu dində olubsa, qəbul edibsə,  gərək etiqadında, dinində möhkəm dayana”.