Ölkə

Həyasızlığın SON HƏDDİ: “Bozqurdlar”ı terror təşkilatı siyahısına daxil etmək istəyirlər

Həyasızlığın SON HƏDDİ: “Bozqurdlar”ı terror təşkilatı siyahısına daxil etmək istəyirlərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“PKK, ASALA və digər terror təşkilatları olan xalqlar, “Bozqurdlar” milliyətçi təşkilatını terror təşkilatı siyahısına daxil etmək istəyirlər”.

Bu barədə KONKRET.az-a açıqlamasında politoloq Zaur Məmmədov fikir bildirib. Onun sözlərinə görə, hər kəsə məlumdur ki, indiyə qədər Azərbaycanın və Türkiyənin bir terror təşkilatı belə olmayıb: “Dünyada ilk terror təşkilatlarını yaradanlardan olan ermənilərin həyasız davranışı bu dəfə ABŞ-da davam edir. Kürdüstanın amerikalı dostları (AFK), Amerika-Yunan şurası (HALC), xristianların müdafiəsi üçün (İDC), Yaxın Şərq forumu (MEF) və Amerikanın erməni milli komitəsi ( ANCA) birləşərək ABŞ Dövlət Departamentinə müraciət imzalayıblar. Müraciətdə Bozqurdların xarici terror təşkilatları siyahısına daxil edilməsinə çağırılır. Müraciətdə iştirak edən təşkilatlar erməni maliyyəsi hesabına saxtakarlıqda yer alıblar”.

Azərbaycanla Respublikaçılar Partiyası arasında münasibətlər daha yaxşıdır"

Zaur Məmmədov əlavə edib ki, 4 noyabr 2020 tarixində ermənilərin təsirində olan Fransa prezidenti Emmanuel Makron bu təşkilatın fəaliyyətinə qadağa qoyub: “Ermənilər yaxşı olardı ki, hələ də fəaliyyətləri davam edən terror təşkilatlarına nəzər yetirsinlər və unutmasınlar ki , dünənə qədər İrəvanda hakimiyyətdə əsl terrorçular idi. Koçaryan, Balayan, Sarkisyan və digər dığaların necə cəllad olduqları haqda faktlar yetərli qədərdir”.