Aktual

Heydər Əliyev haqqında yazmaq,danışmaq böyük məsuliyyətdir

Heydər Əliyev haqqında yazmaq/danışmaq böyük məsuliyyətdirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

10 May Heydər Əliyevin doğum günüdür. Bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür, bu tarixin qeyd olunması bir ənənə halını almışdır. Allahdan Ümummilli Lider Heydər Əliyevə rəhmət diləyir və xatirəsini böyük ehtiramla yad edirik. Keçilən çətin yollar, böyük zəhmətlər hesabına çiçəklənən və bütün dünya ölkələrinin diqqət mərkəzində olan Azərbaycan dövlətinin qurucusu, memarı Heydər Əliyev haqqında yazmaq/danışmaq böyük məsuliyyətdir.

Dünya üzrə tanınmış bir neçə şəxsiyyətlərin, liderlərin Heydər Əliyev haqqında söylədikləri fikirlərin bir neçəsini qeyd edirəm:

Türkiyənin keçmiş baş naziri Bülənt Ecevit söyləmişdir: “Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu min ildə bir dəfə yetişən dahilərdəndir”.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Corc Buşa görə, “Heydər Əliyev dühası uzun zaman ərzində Cənubi Qafqazda baş şəxsiyyət olmuşdur”.

Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev söyləmişdir: “Dahi insanlar dünyadan gedərkən sanki günəşin də işığı azalır”.

Ukrayna Respublikasının prezidenti Leonid Kuçma söyləmişdir: “Heydər Əliyevin vəfatı ilə bağlı Azərbaycanda yaranmış boşluğu xalq zaman ötdükcə daha çox hiss edəcək”.

SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlətinin müstəqilliyi bərpa olunandan sonra, Azərbaycan dövləti böyük təhlükələrlə qarşı-qarşıya qalmışdır. Bu təhlükələr elə bir həddə gəlib çatmışdır ki, Azərbaycan xalqı 1991-ci il Oktyabrın 18-də yaranan tarixi şərait nəticəsində bərpa olunan müstəqilliyinə nə sevinmiş, nədəki, yaranmış vəziyyətə görə elə bir müstəqillik arzusunda olmamışdır. Başsızlıq (anarxiya), hakimiyyətsizlik, nəzarət olunmayan müstəqillik, ayrı-ayrı adamların və ya qrupların rəhbərliyə, hökumətə tabe olmaması və bu zaman meydana çıxan qarışıqlığa görə, SSRİ-nin dağılması, bərpa olunan Azərbaycan dövlət müstəqilliyi xalq tərəfindən sevinclə qarşılanmırdı. Azərbaycanın o illərdə qarşı-qarşıya qaldığı həmin böyük təhlükələrin bənzəri, tarix boyu çox ölkələrin başına gəlmiş və demək olar ki, həmin dövlətlərin əksəriyyəti məhv olmuş, parçalanmış və bir daha özünə gələ bilməyiblər (tarixə nəzər salsaq həmin ölkələrlə tanış olmaq olar, belə ölkələr yaxın keçmişdə də vardır). Həmin ölkələrin heç biri Azərbaycan kimi yaranmış çıxılmaz vəziyyətdən uğurla çıxmamış, Azərbaycan kimi çiçəklənməmiş və itirilmiş torpaqları çox böyük məharətlə geri qaytara bilməmişdir. O zaman bir xalqın öz bərpa olunan müstəqilliyinə dərindən, ürəkdən sevincli olmamasına səbəbkarlar isə, o vaxt ki, səriştəsiz hakimiyyət, AXC-Müsavat cütlüyü idi. Təsəvvür etmək çətin deyil, görün keçmiş hakimiyyətdə olanlar, AXC-Müsavat cütlüyü ölkəni hansı vəziyyətə gətirmişlər ki, bərpa olunan müstəqilliyə xalq ürəkdən sevinə bilməmişdir. Çünkü o vaxt Azərbaycan dövləti tamamiylə parçalanma, bütün torpaqları işğala məruz qalma təhlükəsiylə üz-üzə idi, bu halda müstəqilliyin hansı önəmi qala bilərdi ki? Təbii olaraq heç bir önəmi! Düşmən o vaxt ki, səriştəsiz hakimiyyətin, AXC-Müsavat cütlüyünün bacarıqsızlığına söykənərək, Azərbacan xalqının qanını axıtmış, 20 Yanvar hadisələrini, Xocalı soyqırımı və.s Azərbaycan xalqına qarşı bir çox qanlı hadisələri törətmişdir. Belə bir qanlı hadisələrin baş verdiyi ölkədə, vətəndaşlar bərpa olunan müstəqilliyə heç sevinə bilərdilərmi? Təbii ki, xeyr! Həmin illərdə yaranan tarixi şərait nəticəsində, Azərbaycan kimi bir çox dövlətlərində müstəqilliyi bərpa olunmuşdur. O vaxt ki, hakimiyyətin səriştəsizliyi həm də 20 faiz torpaqlarımızı işğala məruz qoydu, digər tərəfdən də yaranmış qarışıqlıqdan sui-istifadə edən Ələkrəm Hümbətov, Cənubdan Azərbaycanı parçalamağa cəhd etmişdir. Bu və daha artıq acınacaqlı vəziyyətləri, çətinlikləri Azərbaycan xalqı bir neçə il yaşamaq məcburiyyətində qalmış, o vaxt bütün yollara baş vurulmuş, heç bir çıxış yolu əldə olunmamışdır.

Xalqı bu çıxılmaz vəziyyətdə görən ziyalılar və ölkənin nüfuzlu şəxsləri çıxış yolunu yalnız Ulu Öndər Heydər Əliyev də görmuş (çünkü Heydər Əliyev daha öncə də Azərbaycan dövlətinin rəhbəri olmuş və çox uğurlu, xalqa sədaqətli xidmətləriylə yaddaşlara adını həkk etmişdir) bir çox yüksək nüfuzlu ziyalılar və xalq birləşərək Moskvadan Azərbaycana Ümummilli Lider Heydər Əliyevi dəvət etmişlər (bu barədə video kadrlar sosial şəbəkələrdə də var, xalq və ziyalılar Heydər Əliyevin gəlməsi üçün necə müraciət etmiş, onun gəlişini necə sevinclə qarşılayır və bayram edirlər). Heydər Əliyev Moskvada olan zamanlarda da Azərbaycanda baş verənlərə görə cəsarətli çıxışları ilə, Azərbaycanda baş verən hadisələrin səbəbkarlarına (kimliyindən asılı olmayaraq) öz həyatını, yaşamını riskə ataraq etiraz etmişdir, eyni zamanda ölkəyə gəldikdən sonra da Azərbaycan dövlətinə, xalqına qarşı düşmən olanlarla ciddi mübarizə aparmışdır. Azərbaycanın daxilində düşmənə çalışan, Azərbaycan dövlətinə xain olan və pis gün arzulayan insanlar kifayət qədər idi, bu insanlar Heydər Əliyevin xalqı, dövləti çətin vəziyyətdən çıxarmağa gəldiyini görüb, Ona qarşıda düşmən münasibətini açıq-aşkar büruzə verirdilər. Heydər Əliyev bütün bu xəyanətkar dəstələri öncədən bilirdi, tanıyırdı, o üzdən ilk başda Azərbaycana dəvət ediləndə, bir neçə dəfə dəvətdən imtina etmişdir, sonradan xalqın israrla olan istəyinə əsasən gəlməyə razılıq vermişdir. Səhətiylə bağlı təyyarəyə minmək həyatı üçün riskli olduğu halda, Ulu Öndər xalqını çətin vəziyyətdən çıxarmaq üçün Azərbaycana gəlməyə razı olmuşdur. Daha sonra ölkəyə gələn Ulu Öndər Heydər Əliyev öz dövlətinin və xalqının çox böyük təhlükələrlə qarşı-qarşıya qaldığını əyani şəkildə gördükdən sonra, xalqın xahişinə biganə qalmayaraq Azərbaycan xalqını bu çətin vəziyyətdən çıxarmağı öz öhtəsinə götürmüşdür. Təşkil olunmuş, şəffaf və demokratik yollarla keçirilən Prezident seçkilərində Heydər Əliyev yüksək səs toplayaraq Azərbaycan Dövlətinin Prezidenti seçilmişdir. İlk gəlişi zamanı dəfələrlə çıxışlarında dönə-dönə qeyd etmiş, söyləmişdir ki, “Mən bura heç bir vəzifə tutmaq üçün gəlməmişəm, mən bura xalqımın çox saylı xahişlərindən sonra gəlmişəm, xalqımı bu vəziyyətdə görüb ürəyim dözmədi və gəlmək qərarına gəldim” daha sonra Azərbaycan dövlətini və xalqını xilas edəcəyinə söz vermişdir. Bu gün Ulu Öndərin xilas etdiyi dövlət, dünyanın ən inkişaf etmiş ölkələri arasında, ən öndə gedən ölkələrdən biridir, xilas etdiyi xalq isə, dünyanən ən qürurlu xalqlar sırasındadır. O zaman Heydər Əliyevin rəhbərliyi altında, onun tapşırığına əsasən ciddi işlər görülməyə başlandı və tez bir zamanda böyük müvəffəqiyyətlər əldə olundu. Xalq artıq çox tez, qısa bir zaman ərzində seçimində yanılmadığını, doğru seçim etdiyinə bir daha əmin oldu.

O illərdə, yaranmış vəziyyətlə bağlı çörək tapmayan əhalinin, artıq maddi rifahı günü-gündən sürətlə yüksəlməyə başladı.

Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan qısa zaman ərzində qarşı-qarşıya qaldığı bütün təhlükələrdən yaxa qurtardı, ictimai-siyasi sabitlik və təhlükəsizlik təmin olundu, hüquqi və demokratik Azərbaycan dövləti quruldu, dayanıqlı iqtisadi inkişafa nail olundu, vətəndaş məmnunluğu və sosial ədalət təmin olundu, xalq-iqtidar birliyi hər ötən gün güclənməyə başladı, Azərbaycan Ordusu hər ötən gün güclənməyə başladı. Məhz bu və saymaqla bitməyən bir çox səbəblərə görə xalq öz tarixi şəxsiyyətini, dahi lideri Heydər Əliyevi həmişə, hər an hörmət və izzətlə anır. Hər bir vətəndaş bilir, yaşadığı Azərbaycan dövlətinin parçalanmasının qarşısını alan, torpaqlarının işğalını dayandıran və onu yenidən quran Heydər Əliyev olmuşdur. Ona görə harda Azərbaycanın adı çəkilirsə, dərhal ağıllara Azərbaycan dövlətinin memarı, qurucusu olan dahi şəxsiyyət Heydər Əliyevin ismi gəlir.

Ulu Öndər Heydər Əliyevin siyasətini layiqincə davam edən Müzəffər Prezident İlham Əliyevin sayəsində hər sahədə irəliləyiş və yüksəlişlər əldə olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmiş və torpaqlarımız işğaldan azad olunmuşdur. Bir sözlə, öncəki hakimiyyətdə olanların hesabına nə itirmişdiksə, Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı Müzəffər Prezident İlham Əliyev sayəsində artıqlamasıyla geri qaytardıq. Daha böyük, düşmənlərin həsrətlə baxdığı uğurlar qazandıq və hal-hazırda da qazanmağa davam edirik. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası elə bir uğurlu siyasət həyata keçirir ki, bu uğurlu və sürətli inkişafın əbədi olacağına inanmaqda vətəndaşlarda zərrə qədər şübhə qalmır. Ulu Öndər siyasətinin xalq tərəfindən bu qədər çox sevilməsi, Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük və ən nüfuzlu siyasi partiyasına çevrilməsi, onunla əlaqəlidir ki, çünkü, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə sədri olduğu YAP-nın həyata keçirdiyi siyasət həm Azərbaycan xalqının və həm də dünya Azərbaycanlılarının iradəsini təmsil edir, milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasına xidmət edir, adət-ənənələrimizə böyük hörmətlə yanaşılır, xalqın iradəsinə zidd olan heç bir addım atılmır. Cənab Prezident İlham Əliyevin atdığı bütün addımları, imzaladığı sənəd və Bəyannamələri xalq birmənalı şəkildə dəstəkləyir, uğurlu olacağına inanır və əmindir. Xalqın maddi rifahının hər an diqqət mərkəzində saxlanılması, Azərbaycan dövlətinin sosialyönümlü dövlət olmasınında payı var, Xalqın İqtidara olan inam və sevgisinin günü-gündən artmasında.

Müxalif partiyalar artıq Azərbaycan xalqını əvvəlki illərdə olduğu kimi aldadaraq ölkədə kök sala, nüfuz qazana, əhalinin etibarını qazana bilmirlər. Çünkü alternativi olmayan Yeni Azərbaycan Partiyasının İqtidarda olmasından xalq məmnundur. Başqa ölkələrdə müxalif partiyaları mümkün qədər çox sıxışdırırlar. Bizim ölkədə isə əksinədir, müxalif partiyalara hətta şərait yaradılır, sağlam rəqabət apara bilmələri üçün qanunla nəzərdə tutulan bütün yollarda onlar üçün yaşıl işıq yandırılır. Yenə də xalqın inamını qazana bilmirlər. Çünkü doğru yolun yolçuları deyillər, xalqın gözü tərəzidir, xalq onların əyri yolda olduqlarını hamıdan tez görür və hiss edir.

Bu gün xalqımız xoşbəxtdir ki, Heydər Əliyev ideyaları yaşayır, Onun siyasəti uğurlu davamçısı tərəfindən müvəffəqiyyətlə həyata keçirilir. Prezident İlham Əliyevin siyasəti milli maraqlara əsaslanmaqla çoxşaxəlidir, mərd-mərdanə siyasətdir. Dövlətin iqtisadi gücünün, siyasi nüfuzunun artırılması, beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, xalqın rifahının yaxşılaşdırılması və digər məsələlər ölkə rəhbərinin siyasətinin əsas istiqamətlərini təşkil edir.

Mircalal Mehdiyev
Lənkəran rayon Moğonojoba kənd sakini.