Sağlamlıq

Həzm problemlərindən xilas olmaq üçün 3 TƏBİİ RESEPT

Həzm problemlərindən xilas olmaq üçün 3 TƏBİİ RESEPTbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu vasitələr mədədə olan problemi aradan qaldırmaq üçün istifadə edilə bilər. 

Faydaları:

Şişkinliyi aradan qaldırır

Mədə yanmasını dayandırır

Həzmi yaxşılaşdırır

1-ci resept

2-3 x.q. qurudulmuş gülümbahar çiçəkləri 1 litr qaynar suya tökün və 4 saat termosda saxlayın. Sonra cuna (tənzif) ilə süzün və gündə 3-4 dəfə yeməkdən əvvəl için.

2-ci resept

2-3 çay qaşığı qurudulmuş çobanyastığı çiçəyini 1 stəkan qaynar suya töküb 10-20 dəqiqə saxlayın. Çay əvəzinə gündə bir fincan içə bilərsiniz.

3-cü resept 

100 q quru (doğranmış) şüyüd otunu 1 litr qaynar suya tökün. 2-3 saat qapağı bağlı qabda dəmləyin və gündə yeməkdən əvvəl 1 xörək qaşığı için.