Cəmiyyət

Hicaba görə qanuna dəyişiklik edilməsi təklif edilir

Hicaba görə qanuna dəyişiklik edilməsi təklif edilirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ombudsman şəxsiyyət vəsiqəsinə şəkil çəkdirərkən hicabdan istifadə edilməsinin qanunla tənzimlənməsi üçün dəyişiklik edilməsini təklif edib.

7times.az-ın verdiyi xəbərə görə, bu tövsiyə İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2020-ci il üzrə məruzəsində öz əksini tapıb.

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunda şəxsiyyət vəsiqəsinin üzərində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tələblərinə uyğun fotoşəklin yerləşdirilməsinin nəzərdə tutulmasına baxmayaraq, həmin tələblərə aydınlıq gətirilmədiyi və bu halların şikayətlərə səbəb olduğu üçün fotoşəkillərin yol verilən nümunələrinin (baş örtüklərindən istifadə edilməsi və s.) əks etdirilməsi ilə bağlı müvafiq qanuna, habelə “Pasportlar haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi təklif edilib.