Ölkə

Hikmət Hacıyev: Ermənistanın baş naziri yenidən yalan danışır

Hikmət Hacıyev: Ermənistanın baş naziri yenidən yalan danışırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın baş naziri yenidən yalan danışır. Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi pozaraq saat 08:04-dən Tərtər rayonunu və kəndlərini atəşə tutmağa başlyıblar. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ermənistan artilleriya və minaatanlarla saat 08:05-dən qüvvələrimizə hücum edir”.

7times.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb.