Cəmiyyət

Hikmət Hacıyev səfirlə nar yığdı

Hikmət Hacıyev səfirlə nar yığdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün diplomatik korpus və yerli media nümayəndələrinin işğaldan azad edilmiş Suqovuşana səfəri təşkil olunub.

7times.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi iə baş tutan səfərdə diplomatlar Suqovuşan və Talış kəndlərinə gediblər.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı da səfərə gedən diplomatlar arasındadır.

O, Tvitter hesabında səfərdən fotolar paylaşıb.

“Cənab Hikmət Hacıyevlə nar yığdıq”, – o şəkillərdən birinə şərh yazıb.