Müsavat Partiyasının tanınmış üzvü, Xalq Cəbhəsi Hakimiyyəti dövründə Azərbaycan Respublikasının Rusiyadakı səfiri postunda işləmiş Hikmət Hacızadə vəfat edib.
7times.az-ın məlumatına görə, bu barədə xəbəri onun oğlu Adnan Hacızadə verib.
Hikmət Hacızadə bu yaxınlarda insult keçirmişdi. O, neçə gün idi ki, komada idi.
“Atam bu saat 11.30-da Yasamal Qəbiristanlığında torpağa tapşırılacaq. Pandemiya ilə əlaqədar olaraq heç bir yas mərasimləri nəzərdə tutulmayıb”,-deyə A.Hacızadə bildirib.
Allah rəhmət eləsin…