Sentyabrın 15-dən ibtidai siniflərin həftədə 2-3 dəfə məktəbə gəlməsi ilə dərslərin təşkili nəzərdə tutulur.
7times.az-ın verdiyi xəbərə görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, sentyabrın 15-dən ibtidai siniflərin həftədə 2-3 dəfə məktəbə gəlməsi ilə dərslərin təşkili nəzərdə tutulur: “Əgər virusun yayılması stabil olarsa, həftədə 3 dəfə, çoxalarsa, həftədə 2 dəfə şagirdlərin dərsə gəlməsi planlaşdırılır”.
Nazir əlavə edib ki, məktəbəhazırlıq qruplarında tədrisin oktyabrın 1-dən həftədə 2 dəfə dərsə gəlməsi planlaşdırılır: “Bu proses noyabrın 2-dək davam edəcək. O tarixdən sonrası virusun yayılmasından asılı olacaq”.
Follow @7timesaz