Ölkə

İcra başçısı işğaldan azad olunan kəndinə sərxoş vəziyyətdə gedib? – VİDEO

İcra başçısı işğaldan azad olunan kəndinə sərxoş vəziyyətdə gedib? – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdam rayonunun icra başçısı Vaqif Həsənovun sosial şəbəkələrdə videosu yayılıb.

7times.az bildirir ki, video icra başçısı işğaldan azad olunmuş, doğulduğu Ağdam rayonunun Əliağalı kəndində çəkilib. N saylı hərbi hissənin komandiri ilə görüntülənən V. Həsənov ata yurduna gedir, evlərini, həyətlərini göstərir.

Videonun təqdimatında icra başçısının içkili olduğu iddia edilir. Buna görə də V. Həsənovun şəhid qanı ilə alınmış torpaqlara sərxoş vəziyyətdə getməsi sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.

yenisabah.az