Ölkə

İcra başçısı şəhid ailələri və yaralı hərbçilərlə görüşdü – Fotolar

İcra başçısı şəhid ailələri və yaralı hərbçilərlə görüşdü – Fotolarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bir neçə şəhid ailəsi və yaralı hərbçilərlə görüşüb.

7times.az xəbər verir ki, icra başçısı görüş çərçivəsində rayonun Nərəcan, Mürşüdoba və Palçıqoba kəndlərində birinci və ikinci Qarabağ müharibəsində şəhid olan şəxslərin ailələrinə və Vətən müharibəsində yaralanmış hərbçilərə baş çəkib.

Qələbə münasibətilə şəhid ailələrini və yaralı hərbçiləri təbrik edən E.Rzayev bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan əsgərlərin xatirəsi daim yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğal altında olan torpaqlarımız azad olunub.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut edib.

Rayon rəhbəri şəhid ailələrinin daim qayğı ilə əhatə olunacağını qeyd edib, yaralıların sağalması üçün bütün səylərin göstəriləcəyini diqqətə çatdırıb.