Cəmiyyət

İcra başçısı şəhid jurnalistlər üçün park tikdirir – Foto 

İcra başçısı şəhid jurnalistlər üçün park tikdirir – Fotobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qubada Birinci və İkinci Qarabağ müharibəsində şəhid olan media nümayəndələrinin xatirəsi əbədiləşdirilir.

Quba Rayon İcra Hakimiyyətindən 7times.az-a verilən məlumata görə, şəhərin Yusif Qasımov küçəsində Birinci və İkinci Qarabağ müharibəsində şəhid olan media nümayəndələrinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə parkın inşasına başlanılıb.

Yeni salınan park, 28 May parkının yaxınlığında, 2000 kvadratmetrə yaxın ərazini əhatə edəcək.

Parkda abidə kompleksi və erməni terrorunun qurbanı olan media nümayəndələrinin xatirə lövhələri yaradılacaq. Parkda yeni yaşıllıq zolaqları salınaraq müasir işıqlandırma sistemi qurulacaq.

Qeyd edək ki, Quba RİH-nin təşəbbüsü ilə yaradılan parkın 22 iyul Milli Mətbuatımızın yaranması günü istifadəyə verilməsi nəzərdə tutulur.

Müşfiq Qərib