Ölkə

İcra başçısı şeir yazdı: “Əgər cismim qismət olsa torpağa,xəlvət yerdə dəfn edin”

İcra başçısı şeir yazdı: “Əgər cismim qismət olsa torpağa,xəlvət yerdə dəfn edin”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DƏFN ELƏ

Əgər cismim qismət olsa torpağa,
Apar, haqqım çatan yerdə dəfn elə!
Xəlvət yerdə darıxaram, elimin
Yolu, izi ötən yerdə dəfn elə!

O yerdə ki, iməklədim, yeridim,
O yerdə ki, ayaq tutdum, yürüdüm,
O yerdə ki, əzizləndim, böyüdüm,
Uşaqlığım itən yerdə dəfn elə!

O yerlərə üz qarası olmadım,
Qanqalın da çiçək kimi qoxladım,
Darıxanda qucağında toxdadım,
Dərdim,qəmim batan yerdə dəfn elə!

Tikan olub öz yurdumda bitim mən,
Əlim çatsın, kol-kosunu tutum mən,
Qoyma qürbət türbələrdə itim mən,
Doğmalarım yatan yerdə dəfn elə!

Məndən sonra nə qəmə bat, nə dərdə,
Elim harda, obam harda-mən orda,
El yolunda bir təpə var, bax orda-
Tər çiçəklər bitən yerdə dəfn elə!

Novruz Novruzov

7Times.az