Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev rayon ümumtəhsil məktəblərindən bu il ali məktəblərə qəbul imtahanında 600-dən yüksək bal toplayan şagirdlərlə videokonfrans formatında görüş keçirib.
7times.az xəbər verir ki, Elnur Rzayev 15 sentyabr bilik günü münasibətilə uğur qazanmış gəncləri, təhsil ictimaiyyətini və valideynləri təbrik edib, onlara növbəti fəaliyyətlərində uğurlar arzu edib. Qeyd edilib ki, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən respublikanın hər bir bölgəsində olduğu kimi Xaçmaz rayonunda da təhsilə xüsusi diqqət və qayğı göstərilir. Bunun bariz nümunəsi kimi rayonda yeni tədris ilində 10 ümumtəhsil müəssisəsində aparılan əsaslı yenidənqurma işlərini misal göstərmək olar.
Ümumilikdə Xaçmaz rayonu üzrə ümumtəhsil məktəblərindən 1478 nəfər şagird məzun olub 439 şagird qəbul imtahanlarında müvəffəqiyyət qazanıb, onlardan 46 nəfəri 500-dən yüksək, 8 nəfəri isə 600-dən yüksək bal toplayıblar.
600-dən yüksək bal toplamış 8 şagird Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən fəxri fərmanla təltif olunub, hədiyyələr təqdim edilib.
Follow @7timesaz