Ölkə

İcra başçısının müavini koronavirusdan öldü

İcra başçısının müavini koronavirusdan öldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Qurban İsmayılov koronavirusdan vəfat edib.

7times.az-ın məlumatına görə, Q.İsmayılovun iki həftə əvvəl verdiyi test pozitiv çıxıb, o xəstəxanada müalicə alırdı.

49 yaşlı İsmayılov Qurban Soltanəli oğlu daha əvvəl Səbail Rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işləyib.

2017-ci ildən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışırdı. 3 övladı var.