Sosial şəbəkələrdə Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkil etdiyi Novruz şənliyində Şaxtababanın iştirak etməsi ilə bağlı fotolar yayılıb.Rayon icra hakimiyyətindən Oxu24.com-a verilən məlumata görə, istifadəçilər tərəfindən geniş müzakirələrə səbəb olan personaj əslində Dədə Qorquddur. Tədbirdə keçəl, kosa, bahar qızı da iştirak edib.