Şərhsiz

İftar süfrəsi üçün dadlı reseptlər

İftar süfrəsi üçün dadlı reseptlərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Axşam.az “İftar menyusu”nu təqdim edir:

Kələm şorbası

Ərzaqlar:
Kələm – 1 kq.
Kərə yağı – 1 xörək qaşığı
Soğan – 1 ədəd
Yaşıl soğan – 200 qr.
Kəvər – 200 qr.
Kök – 1 ədəd
Un – 1/4 stəkan
Mixək – 2 ədəd
Qaymaq – 2 xörək qaşığı
Yağsız pendir rəndəsi – 2 xörək qaşığı
Duz zövqə görə

Hazırlanması:
Kələmi yarpaqlarını ayıraraq yuyun. İncə doğradıqdan sonra bir az qaynadın. Bir qazana kərəyağını töküb əridin. Əvvəl incə doğranmış soğanı və yaşıl soğanı qızardın. Rəndələnmiş kökü və doğranmış kələmləri də əlavə edərək üzərinə un səpin. Qarışığın üstünü örtəcək qədər su tökdükdən sonra kəvəri və mixəyi əlavə edərək, 45 dəqiqə bişirək. Ocaqdan götürməmişdən qabaq duz əlavə edin. Sonda rəndələnmiş pendiri səpin. Süfrəyə verərkən üzərinə 1 çay qaşığı qaymaq əlavə edin.

Lahmacun

Ərzaq:
Xəmir üçün:
Un – istəyə görə
Duz, su və maya

İç üçün:
Qiymə – yarım kq.
Pomidor – 3 ədəd
Acı bibər – 3 ədəd
Soğan – 4 ədəd
Pomidor tomatı – 1 x/q.
Bibər tomatı – 1 x/q.
Duru yağ – 3-4 x/q.
Duz, qara və qırmızı istiot zövqə görə
Keşniş – 1 dəstə

Hazırlanması:
Xəmir yoğrulub «gəlməyə» qoyulur.
Bütün ərzaqları blenderdən keçirib, ətə əlavə edib, tomat, düz və istiotu töküb çoxlu qarışdırın. Hazır olan xəmirdən balaca kündələr düzəldin. Çox nazik olmamaq şərtilə yayıb, üzərinə duru yağ çəkin. Sonra ətli qarışıqdan əlavə edib, sobada bişirin. Süfrəyə verərkən yanına limon və cəfəri qoyun.

Meyvəli piroq

Ərzaq:

Xəmir üçün:
Süd – 1 stəkan
Yumurta – 2 ədəd
Duru yağ – 50 ml.
Kərə yağı – 50 qr.
Şəkər tozu – 1 stəkan
Maya – 40 qr.
Un – 4-5 stəkan

İç üçün:
Meyvə qurusu – 100 qr.
Şəkər tozu – ¼ stəkan
Vanil – 1 paket
Şəkərli meyvə qabığı – 30 qr.
Darçın – 1 ç/q.

Qlazur:
Şəkər tozu – 2 x/q.
Portağal şirəsi – 2 x/q.

Hazırlanması:
Süd, yumurta, şəkər tozu və unu qatıb, mayalı xəmir hazırlayın. Xəmiri gəlməyə qoyun. Quru üzümü və meyvələri xırda doğrayın. Xəmirdən bir az götürüb, 0,5 sm. qalınlığında yayın. Üstünə kərə yağı çəkib, meyvə qurularını, şəkər tozunu, vanili  və darçını töküb, rulet formasında bükün. Sonra ruletin hər iki tərəfini birləşdirib, oval formaya salın. Üstünə yumurta çəkib, ruletin kənarlarını bıçaqla çərtin. 20 dəqiqə isti yerdə saxladıqdan sonra bişirin. Portağal şirəsinə şəkər tozu əlavə edib, vam odda bişirin, rulet hazır olduqdan sonra alınan qlazuru üstünə tökün.