Ölkə

İgid əsgərimizin övladlarına yazdığı mesaj hər kəsi kövrəltdi – FOTO

İgid əsgərimizin övladlarına yazdığı mesaj hər kəsi kövrəltdi – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə döyüşdə olan igid əsgərimizin arzuları ilə bağlı xəbər yayılıb.

7times.az big.az-a istinadən xəbər verir ki, əsgərimizin ailə üzvlərinə yazdığı mesaj hər kəsi kövrəldib. Belə ki, o, Qarabağ azad olunduqdan sonra Goranboydan Bakıya piyada gələcəyini yazıb:

“Allahım, duamı, niyyətimi, əhdimi qəbul et. Gün o gün olsun tezliklə Qarabağımızı işğaldan azad edək, Goranboydan Bakıya piyada qurban gətirib cənab Ali Baş Komandanın ayaqları altında kəsəcəm. İnşallah tezliklə uca Allah duamı əhdimi qəbul etsin. İnşallah sağ-salamat gəlib bu arzumu yerinə yetirəcəm. Gözəl qızım, igid oğlum sizin də arzunuzu yerinə yetirəcəm. Atanıza çoxlu dua edin. Şəhid olsam başınızı dik tutun, ağlamayın dalımca. Təki vətən sağ olsun.