Maraqlı

İlk dəfə ekzoplanetdə karbon qazı aşkarlandı

İlk dəfə ekzoplanetdə karbon qazı aşkarlandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NASA tərəfindən 25 dekabr 2021-ci ildə orbitə buraxılan “Ceyms Veb” kosmik teleskopu ilk dəfə olaraq Günəş sistemindən kənar bir planetin atmosferində karbon qazı aşkar edib.

Sfera.az xəbər verir ki, bu barədə “New Scientist” məlumat yayıb.

Kaliforniya Universitetindən Natali Batalha və 100-dən çox tədqiqatçıdan ibarət bir qrup “Ceyms Veb”in məlumatlarını təhlil edib.Araşdırmaların sonunda Günəş sistemindən kənarda və 700 işıq ili uzaqlıqda yerləşən WASP-39b adlı ekzoplanetin atmosferində karbon qazının olduğu üzə çıxıb.
Saturna yaxın kütləyə malik olduğu deyilən WASP-39b Yupiterin diametrindən 1,3 dəfə böyükdür.