Ölkə

İlkin Rüstəmzadə Mübariz Mənsimovu tənqid etdi: “Hansısa manısı müalicə etdirmək ölkəyə xidmət deyil”

İlkin Rüstəmzadə Mübariz Mənsimovu tənqid etdi: “Hansısa manısı müalicə etdirmək ölkəyə xidmət deyil”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İrad bildirirlər ki, xaricdəki iş adamlarını tənqid edəndə Mübariz Mənsimovu çıxmaq lazımdır. Qismən razıyam. Mübariz Mənsimov digərlərindən fərqlidir və bunu qiymətləndirirəm. Amma Mənsimov özü belə, tənqidə layiqdir. Mübariz Mənsimov səviyyəsindəki bir iş adamı hər il Avropaya, Amerikaya 100 gəncimizi göndərməliydi oxumağa. Göndərmədi”.

 

7Times.az -ın xəbərinə görə, bunu ictimai fəal İlkin Rüstəmzadə bildirib.

 

“Mənsimov özünü azərbaycanlı adlandırırsa, bu ölkəyə azı 10 MİT məzunu verməliydi. Verməyib. Hansısa manısı müalicə etdirmək ölkəyə xidmət deyil. Kosmetik işlər görüb, bir çox adama kömək edib. Amma milyarder bir iş adamının “maarifçi” adlandırılması üçün gərəkən işləri görməyib”, – İ.Rüstəmzadə qeyd edib.