Bu yaxınlarda “Twitter”in ən böyük səhmdarı olan sahibkar İlon Musk San-Fransiskodakı baş ofisini evsizlər üçün sığınacaqa çevirməyi təklif edib.
Bizim.Media xəbər verir ki, İ.Mask aprelin 9-u axşam eyni adlı sosial şəbəkədə müvafiq sorğuya başlayıb.
“San-Fransiskodakı “Twitter” qərargahını evsizlər sığınacağına çevirmək istəyirəm, çünki onsuz da orada heç kim olmur”, – deyə mesajda bildirilib.
Bunun altında “bəli” və ya “yox” düyməsini sıxmaq təklif olunur.
Bu günə kimi 1,8 milyondan çox istifadəçi səs verib. 90%-dən çoxu İ.Maskın təklifini dəstəkləyib.
Follow @7timesaz