Ölkə

İndi COVİD-19-a yoluxanlarda xəstəlik daha ağır keçir – Xəstəxanadan reportaj

İndi COVİD-19-a yoluxanlarda xəstəlik daha ağır keçir – Xəstəxanadan reportajbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yay dövründə koronavirusa yoluxan xəstələrlə müqayisədə indi virusa tutulan şəxslərdə infeksiyanın daha ağır gedişatını müşahidə edirik.

7times.az xəbər verir ki, bunu Real TV-nin koronavirus xəstələrinin olduğu xəstaxanadan hazırladığı reportajda həkim-infeksionist Nazxanım Qasımova deyib.

Onun sözlərinə görə, yoluxma sayının artmasının səbəblərindən biri insanların karantin qaydalarına əməl etməməsi, dezinfeksiyaedici vasitələrdən istifadə etməməsidir. Digər səbəb isə mövsümün dəyişməsi ilə əlaqədar insanlarda immunitetinin aşağı düşməsidir.

Hazırda çalışdığı modul tipli xəstəxananın gücləndirilmiş iş rejimində işlədiyini deyən N.Qasımova qeyd edib ki, tibb müəssisəsinə daxil olan xəstələr daha çox yanaşı xəstəlikləri olanlardır.

Onun sözlərinə görə, insanın bir qədər tənəffüs sistemi xəstəliyi varsa və onda immunitet düşməsi halı baş verirsə, bu, onun koronavirusa yoluxma riskini artırır.