Ölkə

“İndi İranı hansı arı “vurub”, hansı it “dişləyib”? — Deputat

“İndi İranı hansı arı “vurub”, hansı it “dişləyib”? — Deputatbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranın Azərbaycana qarşı olan bu qərəzli, ədalətsiz mövqeyi yeni deyil. Bunun tarixi çox uzaqdır. Çox uzağa getməsək də, son 30 ilə nəzər salmaq kifayətdir. 30 il ərazində Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərində bir dənə də olsun tikili qalmadı. Bir dənə də olsun sağ-salamat ev, müəssisə və ya bir bina qalmamışdı. Hamısı sökülmüşdü və bütün tikinti materialları daşınmışdı. Ermənistanın durumuna, vəziyyətinə baxanda görürük ki, Ermənistanda son 30 ildə inkişaf və tikinti yoxddur. Hər halda Ermənistanın  vəziyyətinə özlərinin göstərdiklərini televiziya proqramlarında görürük. Bunu Ermənistan daşıyıb aparmayıb. Türkiyə də, Rusiya da aparmayıbdır. Bəs, onda necə olubdur bu qədər yüz minlərlə evlər, binalar? Yerə basdırmayıblar ki?! Təbii ki, İran daşıyıb, aparıb bunları. Cavab budur! Bəli, İran bizim bütün ərazilərimizdə nə qədər təbii sərvətlərimiz, tikinti materiallarımız, nəyimiz var idisə işğal olunmuş əırazilərimizdə hamısını daşıyıb, aparıb. Bax, İranı bu məsələlər ağrıdır. İran bu əraziləri özü üçün bir baza hesab edirdi və sərbəst getsin-gəlsin və daşısın. Bu gün o yem ağızlarından çıxıb”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. Deputat daha sonra bunları əlavə edib.

“30 il ərzində xüsusilə müharibə dövründə İran Ermənistanın bütün təminatı və təchizatı ilə məşğul oldu. Ermənistana müharibə dövründə İran ərazisindən nə qədər silah-sursat daşındı. Bir gün də olsun dayanmadılar və Ermənistanla olan isti, dost münasibətləri də heç kimə sirr deyil. Bu gün də davam edir. Sadəcə olaraq İran həzm edə bilmədi, qəbul edə bilmədi Azərbaycanın qələbəsini. Maraqlıdır, bu 30 il ərzində Ermənistan islam dininə aid olan, müsəlmançılığa aid olan nə qədər müqəddəs yerlərimizi, məscidlərimizi, ziyarətgahlarımızı, qəbirstanlıqlarımızı darmadağın etdilər. Orada donuz saxlamaqla məşğul oldular, murdarladılar. İran isə islam respublikasıdır. Adı belədir: “İran İslam Respublikası”. Bəs, bu islam dəyərləri ayaq altına atıldı, tapdalandı, dağıdıldı, murdarlandı. Bu 30 il ərzində islam respublikası niyə bir dəfə səsini çıxartmadı? Qonşu iki müsəlman dövlətiyik. Bu müsəlman dövlətinin ərazisi işğal olundu, insanlar zülmdə qaldı, ərazilər talandı. İran niyə bu hərbi gücünü nümayiş etdirmədi? İndi İranı hansı arı vurub, hansı it dişləyib? Nə olub İrana? İran əl-ayağa düşüb və bütün qoşununu, silah-sursatını çəkib yığıbdır bizim sərhədlərimizə. Bizə hərbi güc nümayiş etdirir. Araz üzərindən körpü salıb, hərbi texnikasını keçirir bizim istiqamətə, bizim ərazimizə. Bu hədə-qorxu, bu hərəkətlər nədən bəhrələnir belə? İranın bizə qarşı olan bu hirsi, qəzəbi, kini, küdurəti nədən bəhrələnir? Bizim İran qarşısında günahımız nədən ibarətdir? Bizim İrana hansı pisliyimiz keçibdir ki, bu illər ərzində? Biz İranla ancaq mehriban qonşu, dost, qardaş şəraitində yaşamaq fikrini bəyan etmişik və dediyimiz sözün də arxasında durmuşuq. 30 milyondan çox azərbaycanlımız yaşayır İran ərazisində. Biz dost kimi, qardaş kimi mehriban yaşamaq istəyirik”.

“Maraqlıdır ki, Ermənistan Azərbaycana qarşı heç belə hikkəylə, belə hiddətlə hərəkət etmir, nəinki İranın bu hərəkətləri. Çox maraqlıdır və sual doğuran bir məsələ də var ki, bizim orada yaşayan çox əziz və hörmətli soydaşlarımız bu molla-fars rejiminin bu yaramaz hərəkətlərinə qarşı niyə səslərini çıxartmırlar?! Niyə bizlə həmrəy olduqlarını bəyan etmirlər, büruzə vermirlər?! Doğrudur, indi ayağa qalxıblar, hərəkət edirlər, ancaq daha güclü, daha möhkəm olmaq lazımdır. Və bu molla-fars rejimindən soruşmaq lazımdır ki, axı siz müsəlman dövlətisiniz. Sizin adınız İran İslam Respublikasıdır. Bəs, siz müsəlmançılığa qarşı, islam dininə qarşı belə murdar hərəkətlər edən, sizin müsəlman qardaşlarınz qarşı, sizinlə soyqırım törədənlə necə dostluq edirsiniz?! Heç onlara qarşı siz belə hədə-qorxu gəlməmisiniz! İndi bu son dövrlər bizə qarşı meydan sulayırsınız. Bu nədən doğur belə? Biz ancaq istəyirik ki, İran dövləti ilə mehriban qonşu olaq, münasibətlərimiz yaxşı olsun. İrandakı molla-fars rejiminin bu hərəkətləri təbii ki, qəbul olunmazdır və qəzəb doğurur”.