Pedofiliya – parafiliyanın bir formasıdır, digər insanlara zərər vurma məqsədi daşıyır.
Pedofillik cinsiyyətə baxmır, qadınlarda da bu pozulma ola bilər. Onların hədəfində həm oğlan, həm də qız uşaqları ola bilər.
Bəs pedofiliya xəstəlikdirmi, müalicəsi varmı?
Medicina.az psixiatr həkim Abdulla Şıxlinskidən pedofilizmin səbəbləri barədə barədə açıqlama alıb. Həkim bildirib ki, xəstəliklərin yeni Beynəlxalq təsnifatına görə nə pedofiliya, nə homoseksualizm heç biri artıq xəstəlik hesab olunmur.
Pedofiliya da digər seksual kənarlaşmalar kimi həmişə mövcud olub. Pedofiliya ona görə xüsusi qabardılır ki, o sosial təhlükəli seksual kənarlaşmadır. Əgər sosial təhlükəli olmasaydı, o da homoseksualizm kimi məsuliyyətə cəlb olunma tələbi yaratmayacaqdı.
“Pedofiliyanın əmələ gəlməsi anadangəlmədir. Burda insanın özündən heç nə asılı olmur.
İnsan ana bətnində olanda qadında bəzi infeksion xəstəliklər, yüksək hərarətlə keçən xəstəliklər baş verirsə, hamilə qadın yıxılır, travma alırsa, bu hallarda dölün beynində seksual differensiasiya mərkəzi zədələnə bilir. Bu uşaq yeniyetmə dövrünə çatdıqda, müəyyən kənarlaşma olur.
Biz bu zədələnmənin nə ilə nəticələnəcəyini öncədən deyə bilmərik. O, homoseksualist, pedofil də, gerantafil də, zoofil də ola bilər. Bu mərkəz iynənin ucu boydadır, ona hipokamp deyilir. Sübut olunub ki, bu mərkəzlərin pozulması nəticəsində belə hallar baş verir. Ona görə də birmənalı olaraq, İnsan pedofil olmur, pedofil doğulur.
Faktiki, əsl pedofil elə uşağa cinsi maraq göstərir ki, uşağın cinsiyyətini üzdən baxanda təyin etmək olmur ki, bu qızdır, ya oğlandır. Məsələn, bələkdə olan 1 yaşa kimi körpələrin oğlan-qız olmasını ayırd etmək çətindir. Əsl pedofillərdə 6 aylıq uşağa da maraq oyanır. Cinsindən asılı olmayaraq. Oğlan uşağına da, qız uşağına da.
Bəzən qız uşağı daha erkən, tez inkişaf edir, məsələn, qızın 15 yaşı var, onu vizual olaraq 20 yaşlıdan ayırmaq mümkün deyil. Əgər kişi bu qızla cinsi əlaqədə olursa, bu bioloji və tibbi baxımdan pedofiliya sayılmır, amma hüquqi baxımdan cinayət hesab edilir. 18 yaşına çatmayan insanla cinsi əlaqə cinayətdir. Lakin çox zaman kişilər heç fərqləndirə bilmir qızın 15 yaşı var, ya 19.
Bu çox çətin məsələdir. Həmişə hüquqşünaslar, təcrübəli polis işçiləri deyir ki, gənc kişilər yetişkin bir qıza seksual obyekt olaraq maraq göstərirsə, mütləq onun yaşını dəqiqləşdirməlidir.
Ola bilər qadın da bu situasiyaya düşsün. 30 yaşlı bir qadın yeniyetmə 14-15 yaşlı oğlanla tanış olur. Oğlan yaşını az deyir, qadın da xarici görünüşcə onu daha yaşlı bilir və əlaqəyə girir. Burda da məsuliyyət qadının üzərindədir. Çünki oğlan həddi buluğa çatmayıb, 18 yaşı tamam olmayıb. Bu zaman şikayəti onun valideynləri edir və uşağı yox, qadını tuturlar.
Bir insanın xarici görkəmcə yetkin insana bənzəyən, cinsiyyəti məlum olan, amma yaşı az olan insanla əlaqəyə girməsində pedofillikdən söhbət gedə bilməz. Onları pedofil adlandırmaq olmaz. Onların hüququ məsuliyyətləri var.
Pedofiliya sonradan yaranmır, insan pedofil doğulur. Amma narkomanların çoxusu pedofil ola bilər. Stimulyasiya edici preparatlar: amfitamin, kokos, patı, kokain pedofilik meyillər yaradır.
Eləcə də uşaqlarda 3 yaşa qədər dövrdə insan beynində zədələnmə baş veribsə, kəllə baş beyin travması, meningit və s. bu xəstəliklər nəticəsində də gələcəkdə pedofilə çevrilə bilər.
Anadangəlmə əqli zəifliyi olan insanların çoxusu pedofil olur.
- Elə bir təsəvvür yaratmaq lazım deyil ki, pedofillər ancaq kişilər olur. Xeyr. Sadəcə qadının pedofilliyini qabartmırlar.
Adətən orta məktəblərdə belə hallar olur. 30 yaşında qadındır, sinifdə hansısa oğlan şagirdindən xoşu gəlir, ona bir bəhanə ilə yaxınlaşır, fiziki təmas edir, evinə çağırır. Statistika göstərir, qadınlar arasında kişilərdən çoxdur, sadəcə qadınlar barədə polisə şikayət olunmur. Azərbaycanda ailələr oğlan uşaqlarının gələcəyini düşünüb, ayıbdır deyib polisə getmirlər.
Azərbaycanda kifayət qədər pedofil var, bu statistika həmişə gizlədilir, açıqlanmır. Mentalitet məsələləri burda önə çıxır. Çox zaman 15-16 yaşlı qız uşağını zorlayırlar, heç kim açıb ağartmır.
Rayonlarda, kəndlərdə pedofiliya məsələləri ümumiyyətlə ört basdır edilir.
Azərbaycanda pedofil çoxdur, amma gizlədilir, rəsmi statistika aparılmır. Çox zaman bizdə pedofillər də qorxur ki, kiminsə uşağına nəsə edər, atası onu öldürər. Bu faktor da mane olur. Bizdə pedofiliya tam realizə olunmur.
Pedofiliyanın müalicəsi yoxdur. Çünki bunlara təsir edən dərman, müalicə metodu yoxdur. Pedofili müalicə etməkdən danışmaq yersizdir. Ancaq bu insanı təcrid etmək olar. Əgər pedofil iradəlidirsə, özünə nəzarət edib, heç kimə zərər vermədən cəmiyyətdə yaşayırsa, onun pedofil olduğunu heç kim bilmir. Pedofillik əməlinin üstü açılırsa, ona ancaq hüquqi qiymət verilir, həbs olunur.
Pedofillərin 80%-dən çoxu anlaqlı hesab olunur, Pedofiliya əməli törətmiş insan psixiatrik ekspertizada anlaqlı hesab olunurlar”.
Follow @7timesaz