Cəmiyyət

İnsan qocaldıqca ağlı azalır? – “Bunu ancaq arvadlar deyər”

İnsan qocaldıqca ağlı azalır? – “Bunu ancaq arvadlar deyər”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnsan yaşa dolduqca səhhətində müəyyən problemlər yaranır, tədricən yaddaşı zəifləyir. Xarakterində də fərqli xüsusiyyətlər müşahidə olunur. Öz doğmalarından tez-tez küsür, sanki uşaqlaşır. Bu kateqoriyaya daxil olan insanlar özlərinə qarşı daha çox diqqət tələb etməyə başlayırlar. Bu isə bəzən ətrafdakıları narahat edir. Hətta bir qədər kobud ifadə etsək, “insan qocalanda ağlı azalır” kimi lazımsız fikirlər də ortaya çıxır.

Bu fikirlərin elmi əsası varmı? İnsan yaşa dolduqca onun xarakterində baş verən dəyişikliklər nə ilə bağlıdır?

7times.az xəbər verir ki, Azərbaycan Dövlət Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşid Mahmudov yenisabah.az-a açıqlamasında sağlam həyat tərzi keçirən insanın hər hansı problemlə üzləşmədiyini deyib:

“Normal inkişaf edən, sağlam yaşayan adamın başı heç vaxt xarab olmur. Elə insanlar var ki, xəstəliyi bilmədən keçirir. Osteoxondroz olanlar var. Bu boyunda gedən fəqərələrin, qığırdaqların iltihabıdır. O damarı sıxır, beyinə qan az gedir. Yaxşı qidalanmayanda beyin də yaxşı işləməyəcək”..

R.Mahmudovun sözlərinə görə, qocalanda insanın uşaqlaşması fikri düzgün deyil:

“Qocalanda insan heç vaxt uşaqlaşmaz, müdirikləşər, daha ağıll olar, düz yol göstərər. Bu fikri yalnız arvadlar deyər. Onlardan soruşun. Əlbəttə, səhv fikirdir, heç bir elmi əsası yoxdur. İnsan xəstələnə bilir. Qidalanma zəifləyir, okisgen azlığı əmələ gəlir. Beyində hər şey ola bilər. Sağlam, özünə qulluq edən insan həmişə yaxşı olur. Öləndə də ölür”.