Cəmiyyət

“İnsanların cibinə girmək olmaz, AzAL-ın adı belə bunu tələb edir: Az al” – Deputat

“İnsanların cibinə girmək olmaz, AzAL-ın adı belə bunu tələb edir: Az al” – Deputatbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zaqatala hava limanının hər şeyi – müdiri, bağbanı, işçiləri və s. var, təkcə təyyarəsi yoxdur”.

7times.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşən Musayev deyib.

O bildirib ki, insanları təyyarə üzünə həsrət qoymaq olmaz: “AzAL qiymətləri azaltmalıdır. Biletlərlə insanların cibinə girmək olmaz. Bu qurumun adı belə bunu tələb edir – Az al. Bundan əvvəlki iclasda həmkarım Qənirə Paşayeva da bu məsələni gündəmə gətirmişdi”.