Gündəm

“İnsanların əsəbləri ilə oynayırıq” – Deputat əsassız cərimələrə etiraz etdi

“İnsanların əsəbləri ilə oynayırıq” – Deputat əsassız cərimələrə etiraz etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Küçəyə çıxıb evə qayıdırsan, 60 manat cərimə gəlir”.
7Times.az Sfera.az-a istinadən xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı Milli Məclisin bugünkü plenar iclasında bildirib.
Millət vəkili çıxışında “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihəyə etiraz edib:“Bəzən  60 manatlıq cəriməyə bir ay ərzində faiz gəlir və məbləğ 120 manata yüksəlir. Belə olmaz, nəzərə almaq lazımdır ki, əhalinin bunu ödəməyə gücü çatmır. Biz nəyə səs veririk? Küçədə maska taxmırsan polis cərimə edir, maşın saxlamağa görə cərimə edirlər, ödəmə gecikir cərimə edirlər. Büdcə millətə verdiyinin neçə faizini cərimə və rüsumlarla geri qaytarır? Bu müəyyən olunmalıdır. Biz görülən bəzi işlərlə fəxr edirik. Lakin cərimələr və bu kimi hallarla insanların əsəbləri ilə oynayırıq”.