“Instagram”da ödənişli abunəlik funksiyası istifadəyə verilib.
7Times.az xəbər verir ki, istifadəçilər bunun vasitəsilə ən çox izlədikləri müəlliflərin eksklüziv kontentlərini və “Instagram”ın bəzi geniş funksiyalarını əldə edəcəklər.
Qeyd edək ki, sosial şəbəkə ödənişli abunəlik funksiyasını test rejimində istifadəyə verib və o hələ ki, “Instagram”ın ABŞ-dakı 10 məşhur istifadəçisi üçün aktivdir.
Yəni adi istifadəçilər yalnız 10 məşhur istifadəçiyə ödənişli abunəliyi reallaşdıra bilərlər. Sözügedən funksiya vasitəsilə istifadəçilər sevdikləri müəlliflərdən eksklüziv kontentlər əldə edəcəklər.



