Sağlamlıq

İnsultun yaxınlaşmasını göstərən 4 SİMPTOM

İnsultun yaxınlaşmasını göstərən 4 SİMPTOMbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnsult qəfildən inkişaf edir və onu qabaqcadan proqnozlaşdırmaq demək olar mümkünsüzdür.

Lakin bəzi simptomlar insultun yaxınlaşmasına işarə edə bilər.

Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, mütəxəssislər 4 belə simptomu qeyd edir:

1. Hallüsinasiyalar. Mövcud olmayan öblektləri görmək, eşitmək, qoxusunu hiss etmək kimi səhv duyğular insultun yaxınlaşmasına işrə edə bilər.

2. Tunel görmə. İnsan yalnız qarşısında olan əşyaları görür, böyürlərdə olan əşyaları görmür. Bu pozulma qlaukomaya da mövcuddur. Lakin qlaukoma zamanı tunel görmə tədricən inkişaf edir, insultdan əvvəl isə bu hal birdən yaranır.

3. Baş ağrıları. İnsult keçirmiş bir çox insanlar qeyd edir ki, insultdan bir neçə gün əvvəl onlar baş ağrılarında dəyişikliklər hiss ediblər – baş ağrıları çox güclü, şiddətli olurdu, qəfildən yaranırdı.

4. Təzyiqin tez-tez qalxıb-düşməsi.