İran, prezident İbrahim Rəisinin qəzaya uğradığı helikoperin qalıqlarının tapılmasında göstərdiyi yardıma görə Türkiyəyə təşəkkür edib.
7Times.az xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər yerli KİV-ə müsahibəsində bildirib.
Qeyd edək ki, helikopterin qalıqlarının Türkiyəyə məxsus pilotsuz uçuş aparatlarının tapdığı xəbəri yayılsa da, İran Baş Qərargahı onlara məxsus PUA-larının qalıqları tapdığını açıqlayıb.
Nazir “Hürriyet” qəzetinin əməkdaşının bununla bağlı sualına “İran bizə təşəkkür etdi” deməklə kifayətlənib.
Follow @7timesaz