Ölkə

“İran vəzifələrini yerinə yetirməsə, səfirliyi buradan çıxarıla bilər”

“İran vəzifələrini yerinə yetirməsə, səfirliyi buradan çıxarıla bilər”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“İranla Azərbaycanın diplomatik əlaqələri kəsilməyib. Azərbaycan sadəcə olaraq öz səfirliyini İrandan çıxarıb”.
Bu sözləri 7Times.az-a açıqlamasında əməkdar jurnalist, “Yeni nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyev deyib.
Onun sözlərinə görə, buna səbəb İranın təhlükəsizliyə tam zəmanət  verməməsidir:
“Lakin səfirliyə baxmayaraq Təbrizdəki konsulluq fəaliyyət göstərməyə davam edəcək. Yəni, bu, diplomatik fəaliyyəti tamamilə kəsmək anlamına gəlmir. Beynəlxalq konvensiyalara görə hər bir səfirliyin təhlükəsiziliyini təmin etmək həmin ölkənin vəzifəsidir. İran isə bu vəzifəyə əməl etməyib. Bu baxımdan, bu hadisə bizim üçün hansısa problemlərə yol aça bilər. Yəni, iqtisadi, dövlətlərarası və digər məsələlərdə problemlər yarana bilər. Əgər, İran üzərinə düşən öhdəliyi yerinə yetirməsə, Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti bərpa olunmayacaq və İrana qarşı da adekvat addımlar atılacaq. Çünki səfirliklərin fəliyyətləri bir-birinə uyğun olmalıdır. Əgər, İran öhdəliyinə düşən vəzifələri yerinə yetirməsə, onun da səfirliyi buradan çıxarıla bilər”.
“Buna baxmayaraq, Azərbaycanın beynəlxalq siyasəti bölgə ilə məhdudlaşa bilməz. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir və bu təşkilat perspektivinə görə dünyada ən böyük beynəlxalq təşkilatlardan biridir. O cümlədən, Azərbaycan artıq BMT Təhlükəsizlik Şurasının formatının dəyişdirilməsi ilə bağlı prosesdə fəal iştirak edir. Azərbaycanın həmçinin, Avropa İttifaqı çərçivəsində beynəlxalq təhlükəsizlik məsələlərində rolu artıb. Ona görə də Azərbaycanın regional çəkisinin artmasından yox, beynəlxalq siyasətdə fəal iştirakından danışmalıyıq. Bu isə Azərbaycanın həm xarici siyasətdə rolunun artması, həm məsuliyyətinin artması, həm əlavə imkanlar yaranması, həm də mümkün problemlərdən qorunmaq öhdəliyidir”-deyə, Əliyev vurğulayıb.
7Times.az