Dünya

İranı dərhal tərk edin – ABŞ-dən xəbərdarlıq

İranı dərhal tərk edin – ABŞ-dən xəbərdarlıqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Tehrandakı virtual səfirliyi İranda yaşayan Amerika vətəndaşlarına təcili xəbərdarlıq edərək, ölkəni mümkün qədər tez tərk etmələrini tövsiyə edib.

Diplomatik missiyanın yaydığı bəyanatda bildirilib ki, mövcud təhlükəsizlik durumu və kommunikasiya problemləri amerikalıların İranda qalmasını ciddi risk altına salır. Açıqlamaya əsasən, vətəndaşlardan dəniz və hava nəqliyyatından istifadə etməmələri, ölkəni yalnız quru sərhədlər vasitəsilə tərk etmələri xahiş olunur.

Virtual səfirlik qeyd edir ki, genişmiqyaslı internet kəsintiləri, yolların bağlanması və ictimai nəqliyyata qoyulan məhdudiyyətlər zamanla ölkədən çıxışı daha da çətinləşdirə bilər. Eyni zamanda vurğulanır ki, ABŞ-ın Tehranda rəsmi səfirliyi olmadığı üçün Amerika tərəfi vətəndaşlarına birbaşa konsulluq və təhlükəsizlik dəstəyi göstərə bilmir.

İranı tərk etmək imkanı olmayan ABŞ vətəndaşlarına əvvəlcədən qida, su, dərman və digər zəruri ehtiyatlar toplamaq, ictimai yerlərdə az görünmək və kütləvi aksiyalardan uzaq durmaq tövsiyə olunub.

Bəyanatda əlavə edilib ki, hazırkı şəraitdə amerikalılar üçün İrandan çıxmağın ən təhlükəsiz və nisbətən rahat yolu Ermənistan və Türkiyə üzərindən quru sərhədlərini keçməkdir. Qeyd olunub ki, hər iki ölkə ABŞ vətəndaşlarına vizasız giriş imkanı yaradır.